“Mənə taksi pulu əvəzinə narkotik verdi...”

mene-taksi-pulu-evezine-narkotik-verdi
Oxunma sayı: 2266

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışında təqsirləndirilənlər – Mirsaleh Azəri və Tehran Həmzəliyevə hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə onların hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib.

M.Azəri narkotiki satmaq niyyəti olmadığını deyib. O bildirib ki, internatda böyüyüb və dostlarının köməkliyi ilə 1800 manata “Opel” alaraq taksi fəaliyyəti ilə məşğul olub. Dediyinə görə elə narkotiki də ona pulu olmayan bir müştəri yol haqqı əvəzinə verib.

O bildirib ki, narkotiki Kürdəxanı qəsəbəsində toyda meyxanaçılar deyişmə deyəndə kimdənsə alıb çəkib və sonra da çəkməyə davam edib.

T.Həmzəliyev isə ümumiyyətlə narkotiklə əlaqəsi olmadığını, sadəcə polislər Mirsalehi saxlayarkən onun maşınında olduğunu deyib.

Murad Əhməd