Mənfi 45 dərəcədə təyyarədən yapışaraq Mayamiyədək uçdu - Video

menfi-45-derecede-teyyareden-yapisaraq-mayamiyedek-ucdu
Oxunma sayı: 6476

“American Airlines” şirkətinə məxsus təyyarədə maraqlı hadisə yaşanıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, adı açıqlanmayan bir şəxs təyyarənin şassi hissəsində gizlənərək Qvatemaladan Mayami şəhərinədək uçub. O, mənfi 45 dərəcəyə yaxın hava şəraitində 3 saat vaxt keçirib.

Hava limanı işçiləri tərəfindən aşkar edilən şəxs təcili tibbi yardım ilə xəstəxanaya çatdırılıb. 

Aeroport əməkdaşları tərəfindən lentə alınan videoda qanunsuz səyahət edən şəxsin titrədiyi və ayaqüstə dayanmaqda çətinlik çəkdiyini görmək mümkündür.

Həyatını təhlükə altına atan bu şəxsin kimliyi açıqlanmayıb və onun barəsində araşdırma başlanılıb.