“Məni Azərbaycanda dəfn edin” - Lütfi Zadənin vəsiyyəti

meni-azerbaycanda-defn-edin
Oxunma sayı: 854

Amerikada yaşayan azərbaycanlı alim Lütfi Zadənin səhhətinin pisləşməsi barədə bəzi KİV-lərdə məlumatlar yayılmışdı.

"Qafqazinfo" xəbər verir ki, dünya şöhrətli alimin yeganə övladı Norman Zadə AzVision.az-a açıqlama verərək atasının vəziyyətinin ağır olduğunu deyib.

“Atam çox ağır xəstədir. O qorxunc gün gələndə, biz onu Azərbaycana aparmalıyıq”. 

Norman Zadə atasının ona vəsiyyət etdiyini bildirib: “Bizdən xahiş edib ki, onu Azərbaycanda dəfn edək”.

Qeyd edək ki, Lütfəli Rəhim oğlu Əsgərzadə (Lütfi Zadə) 1921-ci ildə Bakıda Rəhim Ələsgərzadənin ailəsində dünyaya gəlib. 

O, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.