“Məni çox sındırdılar…” - Efirdə ağladı

meni-cox-sindirdilar
Oxunma sayı: 678

“Hərdən evə girirəm, deyirəm ki, heç kimin səsi çıxmasın. Xahiş edirəm, nə uşağın səsi, nə də xanım, sənin səsin çıxsın. 6 saat 12 “kalonka”larıın arxasında oxumaq, mənim beynim xarab olur”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Kərim Abbasov “Gəlin danışaq” verilişinə qonaq olarkən deyib. Tanınmış şəxsi həyatı ilə bağlı bunları söyləyib:

“Evə gəlib səhər saat 5-ə kimi otururam ki, “dup-dup-dup” səsi qulağımdan getsin. Uşağın səsi gəlir, 12 “kalonka” yalan olur, uşağın səsi başıma düşür. Hər ailədə söz-söhbət olur. Deyir, neynirsən ki, əlinə mikrafonu alıb oxuyursan da. Deyirəm ki, mən sənə icazə vermirəm ki, mənim sənətim haqqında belə ucuz fikirləşəsən. Mikrafonu sənə verirəm, get 15 dəqiqə canlı 600 adamın qabağında oxu. Heç kimin əziyyətini yerə vurmaq olmaz. 

Hamı əziyyətlə pul qazanır. Ailəmə demişəm ki, birdən çaşıb qabağıma şərt qoyarsız ki, "ya ailə, ya sənət?". Gəlir içkilinin biri, danışır, baxırsan ki, vurasan bunu?. Bayaq verilişə gələndə dedilər ki, veriliş 35 dəqiqədir. Menecerim dedi ki, Zümrüd xanım adamı ağladır. Deyirəm ki, Zümrüd bu 35 dəqiqədə həm mahnı oxutdurur, ağladır, həm də sənətdən danışır. Bu qız nə oyun çıxarır”.

Mərhum rejissor Şahin Zəkizadənin çəkdiyi "Sorma" klipinə baxarkən müğənni göz yaşlarını saxlaya bilməyib:

“Bu klipi rejissorumuz Şahin Zəkizadə çəkib. Yadıma düşdü ki, Şahin Zəkizadə nə qədər əziyyət çəkib orada. Allah rəhmət eləsin, pis oldum. Əziyyətli günlərim idi. Hərdən baxıb qınayırlar ki, əşi neynəmisən e? Yox, elə deyil. Çox əziyyət çəkmişəm, indi də əziyyət çəkirəm. Demişdilər ki, adamı ağladırsan efirdə, amma bu dərəcədə də yox. 

Hərdən "gic-gic" elə şeylər yazırlar ki, sıxılıram, deyirəm ki, axı mən birdən-birə gəlib Kərim olmamışam. Mən illərimi, bütün ömrümü, qazancımı vermişəm, mənim həyatım məhv olub. Nə qədər efirlərdə vuruldum, nə qədər söyüldüm. Çox sındırdılar məni. Amma yenə də sınmadım, qalxdım, düzəldim. Kim mənim qədər vurulsaydı qalxmazdı ayağa. Azərbaycanı tərk elədim, illərlə Türkiyədə yaşadım”.