“Diriliş Ertuğrul” serialının qəhrəmanı Mehmet Polad haqqında cinayət işi açılıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktyorun sevgilisi Zeynep Eren polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edib.
“Məni döydü, saçımdan tutaraq yerdə sürüdü. Mən ondan ayrılmaq istəyirəm, Mehmet isə bunu qəbul etmir,- deyə Z. Eren bildirib.
Aktyorun sevgilisi tibbi ekspertiziya üçün xəstəxanaya aparılıb, Mehmet Polada qarşı cinayət işi açılıb.
Şikayət ərizəsində aktyorun 4 il müddətində azadlıqdan məhrum olunması tələb olunub.

Son xəbərlər
Son Xəbərlər