“Məni döymək istədiyi üçün bıçaqladım”

meni-doymek-istediyi-ucun-bicaqladim
Oxunma sayı: 1083

Ötən gecə Qazax sakinini bıçaqlayan şəxsin kimliyi məlum olub.

“Qafqazinfo”nun verdiyi məlumata görə, rayon sakini 1989-cu il təvəllüdlü Zöhrab Qasımovu onun həmyerlisi 1961-ci il təvəllüdlü Elçin Abbasov bıçaqlayıb. E. Abbasov polis tərəfindən saxlanılıb. 

O, ifadəsində bildirib ki, Z. Qasımov onu döymək istədiyi üçün bıçağa əl atıb.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli