“Qafqazinfo” xəbər verir ki, bunu “AzerFax”a (AFA) açıqlamasında “Səni axtarıram” telelayihəsinin 5 il eksperti olmuş, tanınmış jurnalist Seymur Verdizadə deyib. Onun sözlərinə görə, daxili araşdırmaları və şəxsi əlaqələri vasitəsilə ATV rəhbərliyinin onun efirdə görünməsinin əleyhinə olduğunu öyrənib: “Səbəb kimi isə mənim sərt danışdığımı göstəriblər. Bu barədə heş Xoşqədəm xanımla da söhbətim olmayıb. Öz əlaqələrimlə bunu öyrənəndən sonra sakitcə layihədən uzaqlaşdım və bunu da işimin çoxluğu ilə izah etdim”.
“Sizi yenidən həmin layihəyə ekspert qismində dəvət etsələr, bunu qəbul edərsinizmi, yoxsa bundan sonra Xoşqədəm Hidayətqızı ilə işləmək fikriniz yoxdur” sualını cavablandıran S.Verdizadə qeyd edib ki, “Səni axtarıram” layihəsi onun daha geniş auditoriya tərəfindən tanınmasında böyük roy oynayıb: “Həmin layihədə digər həmkarlarıma da həmişə geniş meydan verilib. Bu gün məni Azərbaycanın az qala hər yerində tanıyır, hörmət edirlər. Bunun də əsas səbəbi “Səni axtarıram”ın efirindəki çıxışlarımdır. Odur ki, əgər yendən mənə dəvət gələrsə, bunu məmnuniyyətlə qəbul edərərəm. O komandadan kim hansı qərarı veribsə, özü bilər, mənim Xoşqədəm Hidayətqızından imtina etmək fikrim yoxdur”.
Son xəbərlər
Son Xəbərlər