“Məni görən kimi barmağımı tutdu...” - Foto

meni-goren-kimi-barmagimi-tutdu
Oxunma sayı: 6046

İzmirdə 65 saat sonra dağıntılar altından çıxarılan 3 yaşlı Elif Perinçeki xilas edən Muammer Çelik açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə KİV-nə danışan xilasedici Elifin onu gördüyü an baş barmağından tutduğunu bildirib:

“Biz xilasedicilər hər dağıntının altında qalan vətəndaşı axtararkən ümidimizi itirmirik. Elif üçün də ümidimizi itirmədik. Atası mənə dedi ki, özümü hər xəbərə hazırlamışam. Mən də cavab verdim ki, Allahın möcüzəsi var, sən təslim olma. Mən öz təcrübəmdən istifadə etdim. Düşündüm ki, Elif qarderob tərəfdə ola bilər. Orada Elifi beli üstdə yatan şəkildə tapdım, qucaqladım. Məni görən kimi barmağımı tutdu, üzünün tozunu təmizlədim. Bir dostumla birlikdə götürdük. Barmağımı heç buraxmadı. O uşaq yaşamağa sonadək layiqdir”.