“Məni gürcü agentləri izləyir”- - Saakaşvili

meni-gurcu-agentleri-izleyir-
Oxunma sayı: 1546


“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, Saakaşvili bunun üçün Ukraynaya dövlət təhlükəsizlik xidmətinin əməkdaşlarının göndərildiyini qeyd edib.

“Onlar müxtəlif ölkələrə məni izləmək üçün öz agentlərini göndəriblər. Bir neçə ölkədə artıq Gürcüstanın dövlət təhlükəsizliyinin əməkdaşları saxlanılıb və deportasiya ediliblər. Bir ölkədə gürcü agenti saxlanılıb və onu buraxmağa hazırlaşmırlar. Gürcüstan öz agentini azad etməyi tələb edirdi, amma cavab alıb ki, rəsmi şəkildə dəvət edilmiş insanı izləmək qanunsuzluqdur. Ayıb deyil sizə?!”, - deyə Saakaşvili “Rustavi 2” telekanalına müsahibəsində şikayətlənib.

Qeyd edək ki, Saakaşvili 2013-cü ilin noyabrında Gürcüstanı tərk edib. Öz vətənində o, xidməti səlahiyyətlərini aşmaqda, deputatlardan birinə silahlı hücumun təşkilində və bir neçə milyon dollar dövlət vəsaitinin xərcləməkdə ittiham olunur. Onun barəsində axtarış elan edilib.