Filmdə baş rollardan birini canlandıran aktyor “Qafqazinfo”ya açıqlamasında obrazından danışıb:
“Filmdə mafiya obrazını canlandırıram. Filmdən təklif gəldi qəbul etdim. Mafiya obrazının öhdəsindən necə gəldiyimə tamaşaçılar qərar verəcək. “100 kağız” filminin ssenarisini də oxumamışam, rejissor nə deyibsə, onu etmişəm. Bəzən özüm özü oynadığım rola gülürəm”.
Bağırzadə gələcək planlarından da danışıb:
“Son zamanlar ictimai işlərlə məşğul oluram, vaxtım yoxdur. “Bakı-2015”də çimərlik futbolu üzrə ulduz səfirəm. “Neftçi” futbol klubunun Müşahidə Şurasının üzvüyəm. Çingiz Abdullayevin köməkçisi kimi işləyirəm. Artıq məni idmana dartıblar. Yaradıcılığımda əldə etdiyim uğurları idman sahəsində də əldə etmək istəyirəm. Aprelin 9-u “Xəzər Lənkəran” – “Neftçi”, 12-i isə “Neftçi”- “İnter” oyunu var. Mənə “İnter”lə oyun maraqlıdır, orda bizə qələbə lazımdır. Lənkərandakı oyunda isə qonağıq. Oyun heç-heçə bitsə də, normaldır. O oyunda iddiamız yoxdur. “İnter”ə qalib gəlməliyik ki, finala çıxaq. İndi fikirlərim yalnız yarımfinaldadır”.
Könül
Son xəbərlər
Son Xəbərlər