Gürcüstanın keçmiş prezidenti, Odessanın eks-qubernatoru Mixail Saakaşvili Ukraynada prezident seçkilərinin “exit-poll” nəticələri elan olunduqdan sonra Kiyevə qayıtmaq istədiyini və bilet aldığını deyib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Saakaşvili ölkəyə girişinə qoyulan qadağanın ləğv olunması üçün müraciət ünvanlayıb:
“Mənim biletim var və vəkilim vasitəsilə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbərinə, sərhəd qoşunlarının rəhbərinə rəsmi müraciət etmişik ki, Poroşenkonun dövründə mənə qoyulan qadağa götürülsün. Mən Kiyevə getmək və məhkəmə qarşısında özümü müdafiə etmək istəyirəm.
Kiyevə getməyi ürəkdən arzulayıram. Çünki orada oxuyub, orada orduda xidmət etmişəm. Vətənim Gürcüstan qədər sevdiyim ölkədən qovulmaq ədalətli deyil”.
Son xəbərlər
Son Xəbərlər