“Məni parlamentə dəvət etmədilər” - Kobaxidze

meni-parlamente-devet-etmediler
Oxunma sayı: 2456

Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifətlə mümkün debatdan imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Baş nazir jurnalistlərə açıqlamasında deyib.

Kobaxidze bildirib ki, müxalifət debat şansını itirib:

“Məni heç zaman parlamentə dəvət etmədilər. İllik hesabatımın təqdimatına da gəlməyə cəsarət etmədilər. İndi müxalifətin debatlardan danışmasının önəmi yoxdur”.