“Məni qınayan insanlara demək istəyirəm ki,..”- - İradə

meni-qinayan-insanlara-demek-isteyirem-ki-
Oxunma sayı: 1889


“Qafqazinfo”nun məlumatına görə, ifaçı sosial şəbəkədə barda deyil, ailəsi ilə doğum gününü qeyd edərkən mahnı ifa etdiyini bildirib: 

“Aprelin 4-də ailəmizə yaxın dostlarla bir məkanda doğum günümü qeyd etdim. Təsadüfən bu mənzərəni kənardan izləyən bir həmyerlim mənim dostların təkidi ilə səhnədə ifa etməyimi lentə alıb və saytların birinin rəhbərliyinə göndərib. Həmin şəxsin yanımda həyat yoldaşımın, övladımın, ailəvi şəkildə məni təbrik etməyə gələn insanları görməməsi mümkün deyil.  Amma bütün bunların üstündən xətt çəkən sayt əməkdaşı “İradə İbrahimova barda oxudu” başlıqlı yazı dərc etməsi heç bir məntiqə sığmır. Ətrafımda baş verənləri inkar edib, ünvanıma “barda oxudu” ifadəsini işlədən şəxsin məqsədinin oxucu sayı toplamasıdırsa, onu, olanları doğru şəkildə təqdim etməklə də toplaya bilərdi. Gördüklərini təhrif edib, məni barda mahnı oxuyarkən yaxaladı, reportajı ilə qürur duyan yazı müəllifinə etiraz edirəm. Ayıb olsun! 

Sosial şəbəkədə bu yazını oxuyub, həqiqəti bilmədən məni qınayan və xoşagəlməz ifadələr işlədən insanlara isə demək istəyirəm ki, məni bir az da tanıyan insanlar bu səpkili cümlələlərə inanmamalıdır. İnsanları təhqir etməkdən aldığınız zövqü heç cür başa düşmürəm”. 

Könül