“Məni təhqir etdi, tapılıb izahatı alındı”

meni-tehqir-etdi-tapilib-izahati-alindi
Oxunma sayı: 2858

“Keçən dəfə sosial şəbəkədə biri məni təhqir etdi, tapıldı və izahatı alındı. Heç kimə böhtan atmamağı öyrəndi. Ya bunu etməyəcəksən, ya da qışqıra-qışqıra üzr istəməyəcəksən”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova öz instaqram səhifəsində yazıb.

Sənətçi qeyd edib ki, onu sosial şəbəkədə təhqir edən şəxsdən şikayətçi olub və qarşı tərəf ondan üzr istəyib.

Günel buna baxmayaraq, yenə də instaqramda təhqir və tənqidlərə məruz qaldığını bildirərək həmin şəxslərə müraciət edib:

“Məni günahlandırmazdan əvvəl öz həyatınızı dəyərləndirin, səbrimi ölçməyin! Məni ağrılar, haqsızlıqlar gücləndirib, bacarmayacaqsınız! Boş şərhlər yazanlar öz evlərinin qarşısındakı pislikləri təmizləsinlər.

Nə gözəl gəncləşirəm, gözəlləşirəm, kimə görə isə eybəcərləşirəm. Sənə nə? Ona nə? Kimə nə? Baxımlarımı edirəm, özümü sevirəm, mahnı oxumağı, alqışları, səhnəni sevirəm. Heç kimlə işim yoxdur. Öz işimlə məşğulam.

Elə bil heç kimin işi yoxdur... Başqalarının həyatına klaviatura başında şərh yazmaqla məşğuldurlar, təəssüf!

Nə vaxt alqışladınız məni və musiqimi? Amma məni çox sevirsiniz?! Qısqanclıqdan başqa bir şey deyil.

Mənim səsimi, sənətimi sevin. Gözəllik gəlib keçir, vacib olan qəlb gözəlliyidir. O da məndə kifayət qədər var. Sevənlərim səhifəmdə hiss olunur. Saxtakarlıq edib izləyicilərimin sayını milyon etməyi bilirəm, edənləri də bilirəm. Ancaq yavaş-yavaş artmasının tərəfdarıyam. Tez yanan tez də kül olur. Pərəstişkarlarım məni sevir, söhbət edirik, sevgimizi paylaşırıq”.