“Məni zorladılar, tutun onları” – - Özünü yandıran qız

meni-zorladilar-tutun-onlari-
Oxunma sayı: 10684


Bu gün səhər saatllarında Bakının mərkəzində özünü yandıran 20 yaşlı qızın bu addımı atmasına səbəb xəyanətlə üzləşməsi olub. 

“Qafqazinfo” xəbər verir ki, şahidlərin ANS PRESS-ə veriyi məlumata görə, Səbail rayonunda baş verən hadisə nəticəsində bədəninin böyük hissəsi yanan Məleykə İntizam qızı Bayramlı hadisə baş verən yerə ağlaya-ağlaya gəlib. "Qız "məni zorladılar, məni zorladılar, Tutun onları" deyə ağlayandan sonra özünə od vurub. Qız yana-yana maşınlara tərəf qaçmağa başlayıb. Dərhal yaxınlıqdakı mühafizə polisinin əməkdaşları öz geyimləri ilə alovu söndürüblər". 

Qeyd edək ki, qızın bədəninin 75 faizi yanıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Qızın bədənində 3-cü dərəcə yanıqlar var. 

Məleykə Bayramlı əslən Lənkəran rayonundandır.