“Mənim evim ABŞ-dır” - Şarapova

“Mənim evim ABŞ-dır”
Oxunma sayı: 2237

“Mənim evim ABŞ-dır”.

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Rusiya tennisçisi Mariya Şarapova “Conde Nast Traveller” nəşrinə müsahibəsi zamanı deyib. O, bunun əsas faktoru kimi uşaq yaşlarından orada yaşamasını göstərib. 32 yaşlı tennisçinin sözlərinə görə, o, amerikalıların həyat tərzinə çox tez uyğunlaşıb və yeni ölkəyə tez öyrəşib.

“Nəticədə, mən burada yaşayıram və məşq edirəm. İllərlə dostlar qazandım və bir çox insanlarla rastlaşdım”, - Şarapova qeyd edib.

Amerika həyatına öyrəşdiyinə baxmayaraq, idmançı mədəni tərbiyəsinin mənbəyi kimi Rusiyanı və onun vətəndaşlarını hesab edir.

Qeyd edilir ki, rusiyalının bu açıqlamasından sonra onun bir çox fanatları gileylənib. Onlar onu vətən xaini adlandırıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi