Füzuli İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, bu sözləri I Avropa Oyunlarının qalibi İlham Zəkiyev Füzuli rayonunda ictimaiyyət nümayəndləri ilə görüşünündə deyib.
Tədbiri İcra başçısı Alı Alıyev giriş sözü ilə açıb. Başçı qeyd edib ki, 18 yaşında hərbi xidmətə yollanan və kəşfiyyatçı kimi qulluq edən İlham Zəkiyev Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb və görmə qabiliyyətini itirib. Ancaq o, qələbə əzmini, həyatsevərliyini və iradəsinin gücünü qoruyub saxlaya bilib. İki dəfə paralimpiya çempionu, 2 dəfə Dünya, Beş dəfə Avropa çempionu olub.
İcra Hakimiyyətinin Sərəncamı ilə Füzulinin fəxri vətəndaşı elan olunan İlham Zəkiyev ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib: “Mənim gözlərim işığı görmür, lakin qəlbim qələbə sevincini hiss edir. İnanıram ki, yaxın günlərdə biz işğal altında olan torpaqlarımızı düşməndən azad edəcəyik, bayrağımızı Şuşada, Ağdamda Füzulidə dalğalandırıcağıq.”
Son xəbərlər
Son Xəbərlər