“Çox məmnunam. Mükafat azarkeşlər üçün də önəmlidir. Bizim üçün də çox vacibdir. Hesab edirik ki, biz bu qələbəyə layiq idik. Yanvar və fevral ayında problemlər yaşadıq, amma buna yaxşı reaksiya verdik və ÇL-ə vəziqə qazandıq, ardında Liqa Kubokunda finala çıxdıq, Avropa Liqasında isə 15 oyun oynadıq və uduzmadan qalib olduq. Bu mənim üçün çox önəmlidir. Oyunçularım üçün çox məmnunam”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Çelsi”nin baş məşqçisi Maurisio Sarri deyib. İtaliyalı məşqçi Avropa Liqasının Bakıda keçirilən final oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- İlk hissə ilə ikinci arasında çox fərq oldu. Fasilədə nə baş verdi?
Bizim üçün çətin başlamışdı oyun. Oyunçularımdan xahiş etdim ki, daha cəsarətli olsunlar. Biz risk etməli idik və bunu bacardıq. İkinci hissədə çətin rəqibə qarşı çox yaxşı oynadıq. “Arsenal” əks-hücumda çox təhlükəlidir. Düşünürəm ki, azarkeşlər üçün də yaxşı oyun göstərdik.
- Azarın gedəcəyini nə vaxt bildiniz?
Azar möhtəşəm oyunçudur. Amma 2-3 ay onunla vaxt keçirməlisiniz ki, insan kimi tanıyasınız. Bilirdim ki, Eden “Çelsi”dən getmək istəyir. Onun qərarına həmişə hörmətlə yanaşıram. Sabah klubun sahibi ilə danışacağıq. Müzakirə edib qərara gəlməliyik ki, görək mən klub üçün, və ya klub mənim üçün nə edə bilər? Davam edən müqaviləm var.
- Siz Premyer Liqada qalmaq istəyirsinizmi?
Siz gözəl bilirsiniz ki, PL-də yarış səviyyəsi çox yüksəkdir. Mən özümü xoşbəxt hiss edirəm ki, dünyanın ən yaxşı klublarından birində məşqçiyəm. Amma bilmək istəyirəm ki, görək klub mənim işimdən nə dərəcədə razıdır. Bu normal prosedurdu. Mən qalmaq istəyirəm, amma bu sadəcə mənim istəyimdir, bu isə hər şeyi həll etmir.
Elsevər Məmmədov
Son xəbərlər
Son Xəbərlər