“Mənim mən olduğumu bilin”

menim-men-oldugumu-bilin
Oxunma sayı: 650

“Qafqazinfo” xəbər verir ki, bu barədə xalq artistinin prodüsseri məlumat verib. Məlumata görə, Brilliant Dadaşova adının qarşısına (Süleyman) sözunu əlavə etməklə saxta profillərdən fərqlənməyə çalışıb: “Məlum olduğu kimi sosial şəbəkələrdə müğənnilərin adına saxta profillər açılır. Bəzən bir müğənninin 4-5, hətta daha çox adda profilinə rast gəlmək mümkündür. Süleyman xalq artistinin atasının adıdır, fərqlənmək üçün bunu edib”.

Qeyd edək ki, bu barədə xalq artisti Brilliant Dadaşova da öz facebook səhifəsində məlumat verib: “Daha soruşmayın məndən bu həqiqətən mənəm ya yox? Sabah TMB kanalında, Bakı vaxtı ilə 21:00-da proqramımın təkrarı göstəriləcək. Baxın və mənim mən özüm olduğumu bilin”.