“Mənim səhvimdən sonra komanda daha yaxşı oynadı” - Messi

menim-sehvimden-sonra-komanda-daha-yaxsi-oynadi
Oxunma sayı: 1423

Argentina yığmasının ulduzu Lionel Messi Polşa ilə matçda qola çevirə bilmədiyi penaltidən danışıb.

“Qafqazinfo” xəbər verir ki, o, etdiyi səhvdən sonra komandanın daha yaxşı oynadığını bildirib:

“Mənim səhvimdən sonra komanda daha yaxşı oynadı. Hesab açılan kimi oyunun dəyişəcəyini bilirdik. Dünya çempionatında yeni mərhələ start götürmək üzrədir. İnanıram ki, qələbələrə davam edəcəyik”.

Qeyd edək ki, Argentina Polşanı 2:0 hesabı ilə məğlub edib.