“Mənim üçün heç kimsən” - Aktrisalar qarşı-qarşıya

menim-ucun-hec-kimsen
Oxunma sayı: 3426

Xalq artisti Fatma Mahmudova ilə aktrisa-aparıcı Zümrüd Qasımova arasında qalmaqal yaşanıb. “Qafqazinfo” xəbər verir ki, buna səbəb Zümrüdün “Maşın” şounun çəkiliş meydançasına gələn zaman F. Mahmudovaya avtobusda yer verməməsi olub.

Sözügedən məsələ dünən yenidən müzakirə olunub və Xalq artisti həmkarının ünvanına sərt sözlər deyib: “Mənimlə heç kim kəllə- kəlləyə gəlməsin. Mənə qarşı edilən hörmətsizliyə görə bir nəfərdən üzümü çevirmişəm. Sən kimsən? Sən mənim üçün heç kimsən”.

Zümrüd Qasımova isə “Mən 5 nəfərdən üzümü çevirmişəm”,- deyə bildirib. O, Fatma Mahmudovanın açıqlamasına təəccübləndiyini qeyd edib: “Sizə ayıb olsun! Bu da sizin böyüklüyünüz! Siz mənimlə belə danışa bilmərsiz”. 

Daha sonra Xalq artisti müğənni Ramal İsrafilovla müzakirə zamanı qeyd edib ki, Zümrüd onun gözündən düşüb: “Mənim gözümdə artıq bir ifrit oldu. O qədər sevdiyim insan öz hörmətsizliyinin qurbanı oldu”.