“Qafqazinfo” xəbər verir ki, bu sözləri lent.az-a açıqlamasında Mikayıl Güləddinoğlu “Space” telekanalında yayımlanan “Sevimli şou” verilişinin sosial şəbəkələrdə tez-tez tənqid olunmasına münasibət bildirərkən deyib:
“Sosial şəbəkələrdə barəmdə yazanlardan biri tənqidi fikrini üzümə demir. Amma məni görəndə gəlib şəkil çəkdirirlər, toylarına dəvət edirlər. İnsanlar məni el şənliklərinə dəvət edirlər. Hər gün toydayam. Bu toyu edənlər də azərbaycanlı balalarıdır. İstəyirlər ki, balalarının toyunda mən iştirak edim. Verilişimizə tənqidi fikirlər səsləndirən insanlar, əlləri ətə çatmayıb, murdardır deyən insanlardır. Əgər mənim verilişimdə Ağadadaş Ağayev, Cabir Abdullayev, Könül Xasıyeva kimi nəhəng sənətkarlar qonaq olursa, bəs bu nədir? Dünən verilişimdə qonaq Xatirə İslam, Vasif Məhərrəmli və Gülay Zeynalaova idi. Gözəl bir proqram oldu. Müğənnilərin canlı ifalarını da eşitdiniz. Elə mən özüm də eşitdim. Musiqi baxımından da anlayışım var. Bilənlər bilir ki, mənim musiqi təhsilim var. Mən aparıcıyam, hansı ifaçının pis, yaxşı oxuduğunu deyə bilmərəm.
Mənim verilişimdə nazlı kişi yoxdur ki, televiziyaya baxan uşaq efirə baxsın, olsun nazlı kişi. Mən efirdə kişi əqidəli proqram aparıram, baxsınlar. Verilişimdə qalmaqal, qulağı sırğalı filan şey... gədə yox, kişi var”.
Son xəbərlər
Son Xəbərlər