Mənsimovun bir zəngi nəyi dəyişdi?

mensimovun-bir-zengi-neyi-deyisdi
Oxunma sayı: 3015


“Qafqazinfo” xəbər verir ki, bunu futbolinfo.az saytına açıqlamasında “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov bildirib.

 Klub rəsmisinin dediyinə görə, braziliyalıya Avropa klublarından bir sıra təkliflər var: “Gənc və bacarıqlı oyunçu olduğu üçün Brunoya xeyli təklif gəlməsi başadüşüləndi. Biz də onu klubumuzun xeyiri naminə sata bilərik. Qışda ən yaxşı təklifi dəyərləndirmək fikrimiz var idi. Amma hadisələrin gedişi üzündən fikrimizi dəyişməli olduq. Belə ki, “Sumqayıt”da icarədə olan futbolçumuz Slavik Alxasov sol cinah müdafiəçisidi və onun gəlişindən sonra burada problemimiz qalmayacaqdı. Amma onun “Xəzər Lənkəran”a keçməsi üzündən Bertuççini azı yaya kimi heyətdə saxlamalı olduq”.

 Tahir bəyin dediyinə görə, Slavikin əzəli rəqibin düşərgəsinə yollanması ən üst səviyyədə danışıqlardan sonra baş tutub: “Cənub klubunun prezidenti Mais Mənsimov “Neftçi”nin prezidenti Sadıq Sadıqova zəng vurub Alxasovun buraxılmasını xahiş etdi. Biz də bu futbolçunun karyerasını və futbolumuzun inkişafı naminə böyük işlər görən Mənsimovun istəyini nəzərə alaraq razılıq verdik. Onsuz da əksər klublarda “Neftçi”nin yetirmələri var və bundan fəxr duyuruq. Slavikə görə alacağımız cüzi məbləğlə müqayisədə bizim üçün bu amillər daha önəmlidi. Ona görə də Slaviki Lənkərana buraxdıq. Alxasovun gedişindən sonra isə Bertuççini heyətdə saxlamaqdan başqa yolumuz yoxdu”.