Mənsur Şərif nişanlandı - Fotolar

mensur-serif-nisanlandi
Oxunma sayı: 6030

Tanınmış sosial şəbəkə fenomeni, aktyor Mənsur Şərif nişanlanıb. “Qafqazinfo” xəbər verir ki, o, bir neçə gün bundan əvvəl evlilik yolunda ilk addımı atıb. 

Nişan mərasimi çox az sayda qonaqların iştirakı ilə qapalı keçib. Məclisdən bir neçə foto media və sosial şəbəkələrdə yayılıb.

Bundan narahat olan Mənsur instaqramda açıqlama yayaraq şəxsi həyatının ictimailəşdirilməsinə qarşı olduğunu bildirib: “Mənim haqqımda pis heç nə yazmırlar. Amma mənim təbiətim belədir: xoşlamıram ki,şəxsi həyatım barədə məlumat  yazsınlar. Allah olmayanlara, subaylara qismət eləsin”.