Mənzil başına salamat çatmaq üçün bu sürətlə sürməyin! - Cədvəl

menzil-basina-salamat-catmaq-ucun-bu-suretle-surmeyin
Oxunma sayı: 3746

Avtomobili idarə edərkən sürətin artırılması vaxt qazandırsa da, sürücü və sərnişinlər üçün ölüm riskini də artırır.

“Qafqazinfo” xəbər verir ki, DİN-in Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, avtomobil nə qədər yüksək sürətlə idarə edilsə, sürücü ünvana çata bilməyəcəyini anlamalıdır: “Sürəti yox, həyatı seçin. Çünki yolda sürət seçimi həyata təsir edir. Müəyyən olunan hədd var. Hədd aşıldıqda risk yaranır. Avtomobil nə qədər yüksək sürətlə idarə edilsə, sürücü ünvana çata bilməyəcəyini anlamalıdır. Hər bir sürücünün gözləyəni var”.