Mənzildə 81 yaşlı kişinin meyiti tapıldı

menzilde-81-yasli-kisinin-meyiti-tapildi
Oxunma sayı: 981

Bakıda mənzildən meyit tapılıb.
 
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakının Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
 
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü Əliyev Eldar Əli oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.