Mənzildə halsız vəziyyətdə tapıldı

menzilde-halsiz-veziyyetde-tapildi
Oxunma sayı: 1293

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.
 
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
 
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.