Mənzildə köməksiz qalan şəxs xilas edildi

menzilde-komeksiz-qalan-sexs-xilas-edildi
Oxunma sayı: 693


“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, “112” qaynar xəttinə Suraxanı rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması haqqında məluma daxil olub. Dərhal FHN xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Məlum olub ki, həmin şəxs qapının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya verməyib. Xilasedicilər 9-cu mərtəbədə yerləşən mənzilə xüsusi alət və avadanlıqlar vasitəsilə qapını açaraq daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə halsız vəziyyətdə aşkarlanıb.