Mənzildə meyit tapıldı

menzilde-meyit-tapildi
Oxunma sayı: 3462

Bakıda mənzildə meyit tapılıb.

Bu barədə "Qafqazinfo"ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, bu gün "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub:

"Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib".