Mənzildən 15 minlik qızıl oğurladı

menzilden-15-minlik-qizil-ogurladi
Oxunma sayı: 1348

Abşeronda mənzildən oğurluq olub.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masazır qəsəbəsindəki evlərin birindən 100 ABŞ dolları və 15 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini, əvvəllər məhkum olunmuş A. Qəniyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.