Mənzildən 71 yaşlı kişinin meyiti tapılıb - Bakıda

menzilden-71-yasli-kisinin-meyiti-tapilib
Oxunma sayı: 1111

Bakıda mənzildə meyiti aşkar edilib.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Səbail rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1946-cı il təvəllüdlü Adıgözəlov Fariz Əbdülrəhman oğlunun meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.