Mənzildən 89 yaşlı kişinin meyiti tapıldı

Mənzildən 89 yaşlı kişinin meyiti tapıldı
Oxunma sayı: 912

Bakıda mənzildən kişi meyiti tapılıb.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakının Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1932-ci il təvəllüdlü Davudov Həmid İbrahim oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.