Mənzildən 91 yaşlı kişinin meyiti tapıldı

menzilden-91-yasli-kisinin-meyiti-tapildi
Oxunma sayı: 1256

Yasamal rayonunda evdən ahıl kişi meyiti aşarlanıb.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1931-ci il təvəllüdlü Əliyev Yusif Məmməd oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.