Bakıda evdən kişi meyiti tapılıb.
Bu barədə "Qafqazinfo"ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Nuriyev Yusif Hacı oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Son xəbərlər
Son Xəbərlər