Mənzildən kişi meyiti tapıldı

menzilden-kisi-meyiti-tapildi
Oxunma sayı: 1415

Bakıda mənzildən kişi meyiti tapılıb.

Bu barədə "Qafqazinfo" FHN-ə istinadən xəbər verir.

Belə ki, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1943-cü il təvəllüdlü Əliyev Vaqif Veys oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.