Mənzildən oğurluq edən şəxslər yaxalanıb

menzilden-ogurluq-eden-sexsler-yaxalanib
Oxunma sayı: 723


“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, sentyabrın 4-də paytaxtın Xətai rayonu ərazisində yaşayan Nail Rzayevin mənzilinə aldatma yolu ilə girən şəxsiyyəti məlum olmayan 3 nəfər (onlardan 2-si maskada olub) onun əl-ayağını yapışqanlı lentlə bağlayaraq oradan 2 ədəd mobil telefon və qızıl üzük götürüblər.

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Amid Qasımov, Umud Cəfərov və onun qardaşı Mirağa tutulub.