Mənzildən qadın meyiti tapıldı

menzilden-qadin-meyiti-tapildi
Oxunma sayı: 1312

Bakıda mənzildə 75 yaşlı qadının meyiti tapılıb.

QafqazinfoFövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1942-ci il təvəllüdlü Həsənova Nəsibə Əliyaqub qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 14:46-da başa çatıb.