Mənzildən qadın meyiti tapıldı

menzilden-qadin-meyiti-tapildi
Oxunma sayı: 1073

Bakıda mənzildən qadın meyiti tapılıb.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, nazirliyinin  "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1936-cı il təvəllüdlü Çistokletova Lyubov Qriqoryevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.