Mənzildən qadın meyiti tapıldı

menzilden-qadin-meyiti-tapildi
Oxunma sayı: 1725

Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1936-cı il təvəllüdlü Çernyuk Klavdiya Fomiçinanın meyitini aidiyyəti üzrə təhvil veriblər.