Mənzildən qadın meyiti tapıldı

menzilden-qadin-meyiti-tapildi
Oxunma sayı: 1944

Bakıda mənzildən meyit tapılıb.

Bu barədə "Qafqazinfo"ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Həsənova Şəhla Fəxrəddin qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.