Gəncədə mənzildə qadın meyiti aşkarlanıb.
"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, şəhərin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1962-ci il təvəllüdlü Yusubova Zoya Adil qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
Son xəbərlər
Son Xəbərlər