Mənzildən qumbara və partladıcı tapıldı - Fotolar

Mənzildən qumbara və partladıcı tapıldı
Oxunma sayı: 832

Sentyabrın 5-də Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində vətəndaşa məxsus mənzildə 1 ədəd əl qumbarası tapılıb.

“Qafqazinfo” xəbər verir ki, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya daxil olan məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Xızı rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Xızı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarası və partladıcının ətrafında 15 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi