Mənzillərin pəncərəsindən baxaraq qeyri-etik hərəkət edən şəxs həbs edildi

menzillerin-penceresinden-baxaraq-qeyri-etik-hereket-eden-sexs-hebs-edildi
Oxunma sayı: 6794

Paytaxtın Nizami rayonu ərazisində mənzillərin pəncərəsindən baxaraq qeyri-etik hərəkət etməsi ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən arşdırılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı “Qafqazinfo”ya bildirib ki, araşdırmalarla həmin şəxsin 42 yaşlı Pünhan Cabbarov olması müəyyən edilərək saxlanılıb.

Müvafiq qərarla P.Cabbarov 30 gün müddətinə inzibati qaydada həbs edilib.