Mənzillərin qiymətini onlayn öyrənə bilərsiz

menzillerin-qiymetini-onlayn-oyrene-bilersiz
Oxunma sayı: 1600

Hər kəs müxtəlif ərazilər üzrə mənzil qiymətlərini elektron formada öyrənə bilər. 

“Qafqazinfo”nun məlumatına görə, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən yaradılan “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” adlı xidmət ilə evlərin təqribi bazar qiyməti barədə məlumat əldə etmək mümkündür. 

Elektron Xidmətlər Portalında (e-emdk.gov.az) 9-cu elektron xidmət olan “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” bölməsinə daxil ola bilər. İstifadəçi xidmət pəncərəsində əmlakın yerləşdiyi region, qəsəbə və küçə adlarını qeyd etməlidir. 

Xidmət vasitəsilə mənzillərin fərqli vaxt aralığındakı bazar qiymətlərini də öyrənmək mümkündür. Müvafiq tarixlərin bölməyə daxil edilməsi ilə vətəndaş seçdiyi ərazi üzrə mənzillərin satış qiymətlərini ona lazım olan vaxt intervalına uyğun öyrənə bilər.