Meqan Foks ərə gedir - Video

meqan-foks-ere-gedir
Oxunma sayı: 3354

Dünyanın ən məşhur ulduz cütlüklərindən biri – Hollivud aktrisası Meqan Foks və amerikalı reper Machine Gun Kelly nişanlanıb.

“Qafqazinfo” xəbər verir ki, bunu əks etdirən görüntüləri aktrisa instaqram səhifəsində paylaşıb. Videoda musiqiçinin ona evlilik təklifi etdiyi görünür. Foks reperə “hə” cavabı verir.

Aktrisanın nişan üzüyünün dizaynını Machine Gun Kelly Böyük Britaniyanın məşhur və tələbatlı zərgərlərindən biri olan Stiven Vebsterlə bərabər hazırlayıb.