Meqan Markl və Şahzadə Harri qızlarının şəklini paylaşdılar - Foto

meqan-markl-ve-sahzade-harri-qizlarinin-seklini-paylasdilar
Oxunma sayı: 1994

Sasseks hersoqu və hersoqinyası Harri və Meqan Markl qızları Lilibetin ilk doğum günündən fotolar paylaşıblar.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, fotolarda Lilibetin şahzadə Harri ilə oxşarlığı diqqət çəkib.

Onlar ad gününü ailə dostları Misan Harriman, Harrimanın ailəsi və yaxın dostları ilə piknikdə qeyd ediblər.

Cütlüyün qızlarının ilk doğum gününə xüsusi olaraq iqlim və cəmiyyət böhranlarından əziyyət çəkən insanlara yemək yardımı edən “World Central Kitchen” qeyri-kommersiya təşkilatına 100 min dollardan çox pul bağışladığı bildirilib.