Məqbərənin quyusundan oğurluq etmək istədilər

meqberenin-quyusundan-ogurluq-etmek-istediler
Oxunma sayı: 1098

Gəncə şəhərində oğurluğa cəhd edənlər cinayət başında yaxalanıblar.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, yanvarın 13-də saat 21 radələrində Gəncə şəhəri ərazisindəki “Nizami” məqbərəsinin ərazisindən artezian quyusunun metal borusunun hissəsini oğurlamağa cəhd göstərən 2 nəfər cinayət başında yaxalanıb.

Həmin şəxslərin Gədəbəy rayon sakinləri Elyaz Abbasov və Elməddin Abbasov olduqları müəyyən edilib. Araşdırma aparılır.