Mərakeş tarixdə ilk dəfə 1/4 finalda! - İspaniya evə yollanır+Yenilənib

merakes-tarixde-ilk-defe-14-finalda
Oxunma sayı: 5771

Bu gün dünya çempionatında 1/8 finalın son iki görüşü keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, günün ilk matçında Mərakeşlə İspaniya üz-üzə gələcək.

Qarşılaşma saat 19:00-da start götürəcək.

DÇ-2022

1/8 final

19:00. Mərakeş - İspaniya

***

Komandaların start heyətləri açıqlanıb:

Mərakeş: 1. Yassin Bunu, 5. Nayef Aquerd, 6. Romen Saiss, 2. Əşrəf Hakimi, 3. Nussair Mazraui, 4. Sofyan Amrabat, 8. Azeddin Unai, 15. Sekin Amallah, 17. Sofyan Bufal, 19. Yussuf En-Nesiri, 7. Hakim Ziyeş

İspaniya: 23. Unai Simon, 24. Aymerik Lyaport, 18. Jordi Alba, 5. Serxio Buskets, 16. Rodri, 6. Markos Lyorente, 9. Qavi, 26. Pedri, 10. Marko Asensio, 21. Dani Olmo, 11. Ferran Torres

***

Oyun başladı

***

İlk hissə qolsuz başa çatdı - 0:0.

***

İkinci hissə başladı.

***

Oyunun əsas vaxtı qolsuz başa çatdı. Əlavə hissələr oynanılacaq.

***

Birinci əlavə hissə qolsuz başa çatdı.

***

İkinci əlavə hissə oynanılır.

***

Qalib penaltilər seriyasında müəyyənləşəcək.

***

Penaltilər seriyası Mərakeşin 3:0 hesablı qələbəsi ilə başa çatdı. Mərakeş tarixində ilk dəfə 1/4 finala adlayır, İspaniya isə evə yollanır.