Mərakeş sahillərində miqrantları daşıyan qayıq aşıb.
“Qafqazinfo” “Maghreb Arabe Presse” nəşrinə istinadən xəbər verir ki, nəticədə 6 miqrant həyatını itirib.
Bildirilir ki, qayıq çətin hava şəraiti səbəbindən qayalara çırpılıb.
Həmçinin 48 nəfərin sağ qaldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər