Mərakeş tarixində bir ilk

merakes-tarixinde-bir-ilk
Oxunma sayı: 1730

Mərakeşdə paytaxt Rabat daxil olmaqla, üç böyük şəhərdə bələdiyyə seçkilərində qadınlar qalib gəlib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu vəziyyət ölkə tarixində ilkdir.

Sentyabrın 8-də keçirilən seçkilərin nəticələrinə əsasən, Rabat bələdiyyə sədri vəzifəsinə Əsma Qalulu seçilib.

Nəbilə ər-Ramili Kasablanka, Fatimə əz-Zəhra əl-Mənsuri Mərakeş bələdiyyə sədri seçiliblər.

Bununla ölkə tarixində ilk dəfə üç böyük şəhərin bələdiyyə sədrliyi vəzifələrinə qadın namizədlər seçilmiş olub.